Serxio Ramos komanda yoldaşını vurub!

23 Oktyabr 2018 05:03 (UTC+04:00)

İspaniyanın "Real" klubunun futbolçusu Serxio Ramos komanda yoldaşını topla vurub. "Report"un məlumatına görə, insident Çexiya "Viktoriya"sı ilə UEFA Çempionlar Liqasının III tur matçından öncə məşq zamanı baş verib. Təcrübəli müdafiəçi gənc oyunçu Serxio Regilonun oyunundan narazı olduğu üçün bu addımı atıb. O, belə davranışa məşqdən sonra da yol verib.

Qeyd edək ki, oktyabrın 23-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.