Aleksis Sançes "Yuventus”a qarşı oynamayacaq

23 Oktyabr 2018 01:19 (UTC+04:00)

“Mançester Yunayted”in hücumçusu Aleksis Sançes Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Yuventus”la oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Joze Mourinyo məlumat verib. O bildirib ki, çilili futbolçu zədə səbəbindən vacib oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu axşam keçiriləcək “Mançester Yunayted” – “Yuventus” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.