Qəndaharda amerikan generalı yaralanıb

22 Oktyabr 2018 18:58 (UTC+04:00)

Əfqanıstanın Qəndahar vilayətində “Taliban” hərəkatı yaraqlılarının hücumu nəticəsində Birləşmiş Ştatlar ordusunun briqada generalı Ceffri D.Smayli yaralanıb. SİA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Qrant Nili məlumat verib. Onun sözlərinə görə, eyni zamanda, silahlı hücum nəticəsində iki yüksəkvəzifəli əfqan məmuru həlak olub. Bundan başqa, ABŞ qoşunlarının Əfqanıstandakı baş komandanı da hadisə yerində olub, lakin o, heç bir xəsarət almayıb. Hazırda general Smayliyə Qəndahardakı “Resolute Support” hospitalında tibbi yardım göstərilir.

General Smayli iyunun sonundan bəri NATO-nun Əfqanıstandakı məsləhət missiyasının işinə kuratorluq edirdi. O, Kaliforniya Milli Qvardiyasının generalı və Qəndaharda aparıcı mövqedə yerləşən Milli Qvardiyanın 40-cı piyada hissəsinin komandanıdır.