“Barselona” Ernesto Valverde ilə müqaviləni yeniləyib

22 Oktyabr 2018 20:15 (UTC+04:00)

“Barselona” futbol klubu baş məşqçi Ernesto Valverde ilə müqaviləni yeniləyib. Müqaviləyə əsasən 54 yaşlı mütəxəssis 2020-2021-ci il mövsümünün sonunadək vəzifəsində qalacaq.

Qeyd edək ki, Ernesto Valverde ötən mövsüm “Barselona” klubu ilə ikiillik müqavilə imzalayıb. Bu müddətdə klub İspaniya çempionatının və kubokunun qalibi olub.