HHM bölmələrinin təlimləri davam edir FOTOLAR-VİDEO

22 Oktyabr 2018 17:25 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir. SİA-nın verdiyi məlumata görə, təlimlərin növbəti mərhələsində “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra edən HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv ediblər.