“Spartak"ın baş məşqçisi istefa verib

22 Oktyabr 2018 16:08 (UTC+04:00)

Rusiyanın “Spartak" klubu baş məşqçisi Massimo Karrera ilə yollarını ayırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Moskva təmsilçisi müvəqqəti olaraq, Raul Riançoya həvalə olunub.

“Spartak” Premyer Liqada 11 turdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb.

İtaliyalı çalışdırıcı 2016-cı ildə "Spartak”ın baş məşqçisi təyin edilmişdi. Paytaxt klubu 54 yaşlı mütəxəssisin rəhbərliyi altında 2016-2017 mövsümündə 16 illik fasilədən sonra Rusiya çempionu olmuşdu.