DÇ-2018: Aslanbek Alborov 1/4 finalda

22 Oktyabr 2018 15:37 (UTC+04:00)

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, 3-cü yarış günündə son iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub.
Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-cisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarı ilə başa-baş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub.
Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Aslanbek koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edib.
İslam Həmrəyliyi Oyunlarının qalibi olan Tatyana Omelçenko ilk mərhələdə rusiyalı rəqibiylə bacarmayıb.

70 kq
Təsnifat - Hacımurad Hacıyev - Ceyms Malkolm Qrin (USA) 5:6

97 kq
1/4 final - Aslanbek Alborov - Elizbar Odikadze (GEO)
1/8 final - Aslanbek Alborov - Jaeqanq Kim (KOR) 11:0 (tuşe)
Təsnifat - Aslanbek Alborov - Moytaba Məhəmmədşəfi Qoleyi (İRİ) 10:0

59 kq
1/8 final - Tatyana Omelçenko - Svetlana Lipatova (RUS) 0:4