Ermənistan parlamenti dəyişiklikləri qəbul etmədi

22 Oktyabr 2018 15:16 (UTC+04:00)

Ermənistan parlamentində növbədənkənar parlament seçkilərinə hazırlıq məqsədilə hazırlanmış seçki məcəlləsini 72 saat ərzində müzakirə etmək barədə təklifi qəbul edilməyib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, ədliyyə naziri Artak Zeynalyanın verdiyi təklifə əsasən, qanuna dəyişiklik 2 oxuşda 72 saat ərzində qəbul edilməli idi.

Dəyişikliklər proporsional seçki sisteminə keçid, partiyalar üçün seçki baryerinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsini nəzərdə tutur. Eyni zamanda, koalisiya qurmaq üçün müddət 6 gündən 10-ə qədər artırılır.

Ölkədə parlament seçkilərinin dekabrın 9-10-u tarixlərində keçirilməsi təklif olunur.