Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru işdən azad edildi

22 Oktyabr 2018 14:40 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru dəyişdirilib. SİA-nın məlumata görə, departamentin direktoru Ramiz Hacıyev işdən çıxarılıb.

Həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub.

Xatırladaq ki, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrlərlə bundan əvvəl də İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.