Qanunsuz saxlanılan silah-sursat götürülüb

22 Oktyabr 2018 14:19 (UTC+04:00)

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN-dən SİA-ya verilən xəbəər görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rafiq Səmədov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə, Salyanrayonunun Noxudlu kənd sakini Müzəffər Feyzullayev isə müvafiq sənədləri olmayan “İJ-18 E” markalı ov tüfəngini RPŞ-yə təhvil verib.
​Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.

Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Əmircan qəsəbəsi ərazisində selofan torbanın içərisində nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 5 ədəd patron tapılaraq aidiyyatı üzrə təhvil verilib.