ADU-da tətbiqi dilçiliyin müasir problemləri müzakirə olunacaq

22 Oktyabr 2018 14:02 (UTC+04:00)

Oktyabrın 25-26-da Azərbaycan Dillər Universitetində (ADU) “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.

ADU-dan SİA-ya verilən məlumata görə, konfransda “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılacaq.

Konfransın işində Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qonaqlar, eləcə də ADU-dan və respublikanın bir sıra universitetlərdən nümayəndələr iştirak edəcəklər. Konfrans iştirakçıları Durham Universitetinin professoru Maykl Bayramın mühazirəsində (skayp vasitəsiylə), eləcə də Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmək şansı qazanacaqlar.