İmişlidə Bayraq Muzeyi istifadəyə verilib

22 Oktyabr 2018 13:10 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.