Əliyar Ağayev “Sürix” - “Bayer Leverkuzen” matçını idarə edəcək

22 Oktyabr 2018 13:21 (UTC+04:00)

UEFA Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək “Sürix” (İsveçrə) - “Bayer Leverkuzen” (Almaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. SİA-nın məlumatına görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.