Sürüşmə zonasında dəyişiklik qeydə alınmayıb

22 Oktyabr 2018 11:09 (UTC+04:00)

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən yaradılan Qərargahdan SİA-ya verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çox sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.