"Çelsi" Hazarda yeni müqavilə təklif edəcək

22 Oktyabr 2018 10:58 (UTC+04:00)

"Çelsi" Eden Hazarda yeni müqavilə təklif etməyə hazırlaşır. SİA-nın məlumatına görə, London klubu belçikalı yarımmüdafiəçini komandada saxlamaq üçün ona həftəsinə 396 min avro maaş verməyi planlaşdırır. Hazard bu təklifi qəbul edəcəyi təqdirdə, İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, E.Hazardla "Real"ın maraqlandığı iddia olunur. Futbolçu özü də "kral klubu"nda oynamaq istədiyini gizlətmir.