İranın rəsmi saytında Güney Azərbaycanla bağlı maraqlı foto!

22 Oktyabr 2018 04:16 (UTC+04:00)

İranın rəsmi xəbər agentliklərindən biri Güney Azərbaycan Milli Hərəkatının mübarizə bayrağını dərc edib. Axar.az xəbər verir ki, bayrağın fotosu İranın İdman və Gənclər Nazirliyinə bağlı olan “Borna” agentliyində dərc edilib.

Maraqlı məqam odur ki, görüntü “Flag_of_South_Azerbaijan” (Güney Azərbaycan bayrağı) adı ilə saxlanılıb.

Sözügedən olay güneyli soydaşlarımız tərəfindən maraqla qarşılanıb.