"Beşiktaş" səfərdə məğlub olub

22 Oktyabr 2018 03:18 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasının IX turunun növbəti görüşündə dördüncü sıradakı "Beşiktaş” səfərdə “Göztəpə” ilə qarşılaşıb. "Beşiktaş”ın qapısından iki cavabsız top keçirən "Göztəpə” qarşılaşmada qalib gəlib.

Beləliklə, bu məğlubiyyətdən sonra Şenol Günəşin yetirmələri çempionatda vacib xallar itirib və turnir cədvəlində beşinci sıraya enib. "Qara qartallar"ın Türkiyə Superliqasında lider "Qalatasaray"la arasındakı xal fərqi də dördə yüksəlib.