"Keşlə" "Zirə"ni məğlub edib

22 Oktyabr 2018 02:17 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib. "Report" xəbər verir ki, "ASK Arena"da "Keşlə" "Zirə"ni qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesabı qələbəsi ilə yekunlaşıb. Görüşün taleyini həll edən qolu 2-ci dəqiqədə "Keşlə"nin futbolçusu Denis Silva Kruz qapıdan keçirib.

Bununla da Premyer Liqada ilk qələbəsini qazanan "Keşlə" xallarının sayını 5-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. "Zirə" komandası isə topladığı 4 xal ilə sonuncu - 8-ci pilləyə enib.

Turun ilk oyununda "Qəbələ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Sumqayıt"ı, "Qarabağ" evdə "Səbail"i minimal hesabla yenib. Lakin meydana adı protokolda olmayan futbolçusu çıxdığı üçün Ağdam komandasına 0:3 hesablı texniki məğlubiyyət veriləcək.