“Fənərbağça” səfərdə xal itirdi

21 Oktyabr 2018 05:06 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasının IX turunun növbəti görüşündə “Fənərbağça” komandası səfərdə “Sivasspor”la qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab açılmayıb. Beləliklə, “Fənərbağça” növbəti dəfə çempionatda xal itirib. Bu heç-heçədən sonra xallarının sayını doqquza çatdıran İstanbul komandası turnir cədvəlində 15-ci sırada qərarlaşıb.

Qeyd edək ki, “Fənərbağça” bu mövsüm Türkiyə Superliqasında oynadığı beş səfər görüşünün dördündə rəqib qapılarına qol vura bilməyib.