Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb

21 Oktyabr 2018 00:34 (UTC+04:00)

Kolumbiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirən hərbi "Black Hawk" vertolyotu qəzaya uğrayıb. Bu barədə ölkə ordusu məlumat yayıb.

Məlumata görə, qəza Kauka departamentində baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisi zabitdir. Hazırda qəzanın başvermə şəraiti araşdırılır.

Xatırladaq ki, ötən ay Əfqanıstanın Bəlx bölgəsində hərbi qüvvələrə məxsus vertolyotun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb