Tanınmış rusiyalı blogger Qobustan haqqında videosüjet hazırlayıb

20 Oktyabr 2018 20:14 (UTC+04:00)

Tanınmış Rusiya aparıcısı və bloggeri Mixail Şirvindt UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan qədim insan məskənlərindən biri - Qobustan haqqında videosüjet hazırlayıb.

AZƏRTAC xəbər verir ki, M.Şirvindt “Yeməli və yeyilməyən” proqramının növbəti buraxılışında Azərbaycanın Qobustan Milli Tarixi-Bədii Qoruğu barədə geniş məlumat verib. Buraxılışda Qobustan abidələri və Azərbaycanın palçıq vulkanları barədə söhbət açılır.