OPEC və OPEC+ nazirlərinin növbəti toplantısı Bakıda olacaq

20 Oktyabr 2018 15:55 (UTC+04:00)

Gələn il Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, artıq bununla bağlı ilkin qərar qəbul edilib: "Lakin cari ilin dekabrında Monitorinq Komitəsinin növbəti iclasında bu barədə formal qərar qəbul olunacaq və tarix müəyyənləşəcək. İclasın gələn ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur".