Daha bir sərnişin avtobusu ağır qəza törətdi: Ölən var

20 Oktyabr 2018 14:44 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus "İ-Qafqaz" MMC şirkətinəməxsus olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.