"Real Madrid"in baş məşqçi postuna daha bir namizəd

20 Oktyabr 2018 13:44 (UTC+04:00)

Belçika yığmasının baş məşqçisi Roberto Martines "Real Madrid"i çalışdıra bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub rəhbərliyinin Martinesi Xulen Lopeteqinin əsas əvəzləyicisi kimi gördüyü bildirilir.

Qeyd edək ki, Antonio Kontenin də Madrid klubuna baş məşqçi təyin olunacağı haqda xəbərlər yayılıb.