Doqquz ayda Gömrük Komitəsinə 1,7 milyon elektron müraciət daxil olub

20 Oktyabr 2018 11:44 (UTC+04:00)

2018-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 729 min 332 elektron müraciət daxil olub. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, daxil olunan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir.

Həmçinin bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinə 226 min 774 müraciət daxil olub.