Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

20 Oktyabr 2018 11:20 (UTC+04:00)

Bu gün Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

DİM-dən SİA-ya verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə keçirilir və imtahan saat 10:00-da başlayıb. Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə edilir.