Bu gün 2 oyun canlı yayımlanacaq

20 Oktyabr 2018 10:32 (UTC+04:00)

Topaz Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Səbail" oyunları canlı yayımlanacaq. SİA-nın məlumatına görə, hər iki qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə tamaşaçılara canlı təqdim olunacaq. Qəbələdəki oyun 17:00, Bakıdakı matç isə 19:00-da başlayacaq.

Qeyd edək ki, turun digər iki oyunu isə sabah keçiriləcək.