Sürüşmə sahəsində yeni çatlar yaranıb

20 Oktyabr 2018 09:41 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Bakının Badamdar qəsəbəsindəki sürüşmə ərazisindənki son vəziyyəti açıqlayıb. Qərargahdan SİA-ya verilən məlumata görə. sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb.

Məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müsahidə edilib.