Türkiyədə Ulu öndər Heydər Əliyevin büstü açılacaq

20 Oktyabr 2018 09:08 (UTC+04:00)

Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Elman Məmmədov Ulu öndər Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-dan 21-dək Türkiyənin Kayseri şəhərində səfərdə olacaqlar.

Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputatlar açılış mərasiminə qatılacaq, Azərbaycana göstərilən diqqətə görə qardaş ölkənin rəhbərliyinə və müvafiq qurumlarına təşəkkürlərini çatdıracaqlar.