Kevin De Bruyne zədəsini sağaldıb

20 Oktyabr 2018 05:18 (UTC+04:00)

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne sıraya dönüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, komandanın lideri artıq oynamağa tam hazırdı. Belçikalı ulduz futbolçu Premyer Liqanın IX turunda sabah “Bernli” ilə keçiriləcək qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, Kevin De Bruyne avqustda məşq zamanı dizindən ciddi zədələnmişdi.