Avropa Məhkəməsindən Polşa ilə bağlı yeni qərar

20 Oktyabr 2018 00:34 (UTC+04:00)

Avropa Məhkəməsi Polşa hökumətinin Ali Məhkəmə hakimləri üçün təqaüd yaşının aşağı salınmasını nəzərdə tutan qanunun müddəalarının icrasının dayandırılması ilə bağlı qərar çıxarıb. Məhkəmənin rəsmi saytında bu barədə məlumat yerləşdirilib. Daha əvvəl Avropa Komissiyası bu istiqamətdə keçirilən məhkəmə islahatına görə Polşanı Avropa İttifaqı məhkəməsinə vermək qərarına gəlmişdi.