Rusiyada zavod partlayıb, 2 nəfər ölüb

19 Oktyabr 2018 21:04 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərinin yaxınlığında yerləşən "Avanqard" pirotexnika məmulatları zavodunda partlayış baş verib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb. Dağıntılar altında qalanların olduğu bildirilir.