"Yaxın gələcəkdə özbək kosmonavt Rusiya peyki ilə kosmosa uçacaq"

19 Oktyabr 2018 21:32 (UTC+04:00)

"Yaxın gələcəkdə özbək kosmonavt Rusiya peyki ilə kosmosa uça biləcək." AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Rusiya Prezidenti Vladimir Putinlə Daşkənddə keçirilən ikitərəfli görüşdə deyib.

Xatırladırıq ki, oktyabrın 19-da Özbəkistan və Rusiya elmlər akademiyaları arasında Daşkəndin 250 kilometrliyindəki “Suffa” Beynəlxalq Radioastronomik Rəsədxanasının nəzdində Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin yaradılması haqqında da sənəd imzalanıb.

Bu sənədə uyğun olaraq, Özbəkistan Rusiya ilə kosmik tədqiqatlar sahəsindəki əməkdaşlığı fəallaşdırmaq niyyətindədir.