Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdü verilib SƏRƏNCAM

19 Oktyabr 2018 18:03 (UTC+04:00)

Prezident İlham Əliyev Gülməmməd Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Gülməmməd Süleyman oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.