Niqaba qadağa qoyuldu

19 Oktyabr 2018 17:12 (UTC+04:00)

Əlcəzair hökuməti işdə qadınların niqab (müsəlman qadınlarının üzünün gizlədilməsi üçün istifadə edilən geyim) taxmasına qadağa qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ərəb mətbuatında dərc edilib.

Məlumata görə, qadağa fərdi identifikasiyaya mane olan istənilən geyimə aiddir.

"Dövlət Mülki İdarəetmə İdarəsi niqabın və iş yerində insanı gizlədəcək hər hansı geyimdən istifadəyə qadağa qoyub. İdarə hər kəsi ümumi maraqlar və təhlükəsizlik baxımından qəbul edilən bu qadağaya riayət etməyə çağırıb",- deyə məlumatda qeyd edilir.

Mətbuatda yayılan informasiyalara görə, niqabın ləğvi cəmyyətdə birmənalı qarşılanmayıb. Əlcəzirə əhalisinin bir hissəsi hakimiyyətin qərarını dəstəkləsə də digər hissəsi onu tənqid ediblər. Qərara etiraz edənlərin çoxu dövlət məktəblərində niqabdan istifadə edən müəllimələrdir. Onlar sinif şəraitində niqabdan istifadə hüququna malik olduğunu israr edirlər.