“Qarabağ” - “Vorskla” matçına artıq 12 min bilet satılıb

19 Oktyabr 2018 17:08 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” - “Vorskla” oyununa bilet satışı davam edir. SİA-nın məlumatına görə, artıq qarşılaşmaya 12 min bilet satılıb.

Biletləri həm "Qarabağ" FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Vorskla” matçı 20:55-də başlayacaq.