Ərdoğan: ""Azərbaycan hər zaman Türkiyənin yanında olub"

19 Oktyabr 2018 15:02 (UTC+04:00)

"Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir". SİA-nın verdiyi məlumata görə, bunu STAR Neft Emalı Zavodunun açılışını şərh edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir.

Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus STAR Neft Emalı Zavodunun açılışı baş tutacaq.