Zakir Həsənov Çexiyada holdinq rəhbərliyi ilə görüşüb

19 Oktyabr 2018 13:38 (UTC+04:00)

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - “Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib