Nahidə Orucova sponsor axtarışından vaz keçdi VİDEOLAR

19 Oktyabr 2018 17:20 (UTC+04:00)

Bir neçə gün əvvəl əməkdar artist Nahidə Orucova verilişlərin birində maşın almaq üçün sponsor axtardığını deyib. SİA-nın məlumatına görə, aktrisanın proqramda dediyi sözlər sosial şəbəkədə böyük səs-küy yaradıb. Hər kəs 57 yaşlı Nahidəni qınayıb və tənqidlər yazıb.

Qınaqları görən Orucova məsələ ilə bağlı açıqlama verib. Onun videosunu prodüser Tarix Əliyev paylaşıb. Aktrisa bir neçə gün əvvəl dediyi sözləri danıb: "Yuxudan durandan "İnstagram"da saytların yazdığını gördüm. O qədər şərh yazıblar ki... Deyirlər, "Bütün aktrisalar düşüb verilişlərə pul istəyirlər. Mən pul istəmirəm, sponsorum teatrımdır".

Qeyd edək ki, Tolik verilişdə Orucovanın sponsor axtardığını demiş və aktrisadan təsdiqini soruşmuşdu. N.Orucova prodüserin "Birdən elə bilərsiniz ki, yalan deyirəm. Nahidə xanım özü desin" sözlərinə "Yox, düz deyir" cavabını vermişdi.