SOCAR prezidenti gənc azərbaycanlı mütəxəssislərlə görüşüb

19 Oktyabr 2018 13:02 (UTC+04:00)

Türkiyənin Əliağa yarımadasında nəhəng layihə olan “STAR” Neft Emalı Zavodunun açılışı ərəfəsində SOCAR-ın rəhbərliyi burada çalışan gənc azərbaycanlı mütəxəssislərlə görüşüb. SİA-nın verdiyi məlumata görə, daha əvvəl yüksək qiymətlərlə Bakı Ali Neft Məktəbini bitirən gənc azərbaycanlılar indi SOCAR-ın Türkiyədəki müəssisələrində çalışaraq, dəyərli təcrübə əldə edirlər.

Gəncləri 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev onların inkişafı üçün yaradılan şəraitin məhz müstəqilliyimizin əldə edilməsi sayəsində mümkün olduğunu vurğulayıb. Bu gün SOCAR-ın qlobal şirkətə çevrilməsi, xarici bazarlarda Azərbaycan üçün gəlirlər əldə etməsi də məhz müstəqilliyimizin bəhrəsidir.