Heydər Əliyev Sarayında bayram konserti təşkil edilib

19 Oktyabr 2018 16:35 (UTC+04:00)

Heydər Əliyev Sarayında “Musiqi dünyamız” adlı bayram konserti təşkil edilib. SİA Saraydan verilən xəbərə görə, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təqdim edilən konsertdə respublikanın tanınmış musiqiçilərinin bir-birindən maraqlı ifaları dinlənilib.

Xalq artistləri Aftandil İsrafilov, Faiq Ağayev, Əməkdar artistlər Elza Seyidcahan, Sevinc Sarıyeva, Səlim Abbasov (skripka), Nuriyyə Hüseynova, Rəşad İlyasov, Cavanşir Məmmədov, Firuzə İbadova, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman, Populyar müğənnilər Günay İbrahimli, Emil Bədəlov, Vüqar Əbdülov (meyxana), Əlikram Bayramov, Günay İmamverdiyeva, Rüfət Axundov, Bahar Lətifqızı, İlqar Sail və başqalarının çıxış etdiyi konsert proqramı maraqla qarışlanıb.