Qalib Rəhimovu Elşad Hacıyev əvəz etdi NAZİRDƏN YENİ ƏMR

19 Oktyabr 2018 11:24 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb. SİA xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ mətbuat xidmətinin əməkdaşı olub.