"Vəziyyət stabilləşməyə doğru gedir" - Qərargah

19 Oktyabr 2018 09:13 (UTC+04:00)

Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur: "Vəziyyət stabilləşməyə doğru gedir".