"Qalatasaray" klubu Azərbaycanı təbrik edib

19 Oktyabr 2018 05:17 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” futbol klubu xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib. Bununla bağlı İstanbul klubunun rəsmi "Feysbuk" səhifəsində yazılıb: “Azərbaycan Cümhuriyyətinin müstəqillik günü mübarək olsun. Yorulmadan yaşa Azərbaycan!"

Qeyd edək ki, dünən "Beşiktaş", "Fənərbaxça" və "Trabzonspor" da Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə xalqımızı təbrik edib.