Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

18 Oktyabr 2018 23:03 (UTC+04:00)

Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb. “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes”markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.