"Beşiktaş" Azərbaycanı təbrik edib - FOTO

18 Oktyabr 2018 16:41 (UTC+04:00)

"Beşiktaş" futbol klubu xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, bununla bağlı Türkiyə klubu rəsmi "Feysbuk", "Tvitter" və "İnstaqram" səhifəsində yazıb.

Azərbaycan və Türkiyə bayraqlarının birgə paylaşıldığı şəkildə yazılıb: "18 oktyabr 1991. Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Tək millət, iki dövlət".