Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır

18 Oktyabr 2018 12:50 (UTC+04:00)

Uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, sərnişin daşıması asanlaşmaqla 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq.

İşlərin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.