Sürüşmə zonasında aktivlik azalmayıb

18 Oktyabr 2018 12:12 (UTC+04:00)

Badamdardakı sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan SİA-ya verilən məlumata görə, uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.