Fiqaro: “Rusiya ABŞ-ın gücünə alternativ olduğunu sübuta yetirib”

18 Oktyabr 2018 11:40 (UTC+04:00)

Əvvəllər Qərb Moskvanın Suriyadaki əməliyyatlarına skeptik yanaşırdı, lakin indi okeanın o tayında etiraf etməyə məcburdurlar ki, Rusiya qısa müddətdə Yaxın Şərqdə təhlükəsizliyin aparıcı simalarından birinə çevrildi və növbəti dəfə beynəlxalq arenadakı avtoritetini isbatlamış oldu. SİA xəbər verir ki, bu barədə Fransanın Fiqaro qəzetində sözügedən mövzuya aid məqalədə şərh olunub.

“Rusiya Suriyada nəinki qarşıya qoyulan məqsədləri yerinə yetirdi, eyni zamanda, Yaxın Şərqdə ABŞ-ın gücünə alternativ olduğunu sübuta yetirmiş oldu”, deyə fransız nəşri yazır.

“Rusiya öz məqsədlərinə 3 ilə çatdı. Bundan əlavə, hələ SSRİ-nin süqutu dövründə itirdikləri mövqelərini yenidən geri qaytarmağa müyəssər oldu. Putin, Rusiyanın beynəlxalq arenaya təsirini prioritet istiqamət kimi götürdü”, adıçəkilən nəşr yazıb.