Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq

18 Oktyabr 2018 09:40 (UTC+04:00)

Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq. “Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.